“Müqavilə 18-24” proqramının iştirakçıları aldadılıb.
Herbiand.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Aleks” ləqəbli leytenantı öz Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, hətta “Müqavilə 18-24” proqramı qüvvəyə minməzdən əvvəl müqavilə imzalayanlar da haqqı olan ödənişləri ala bilərlər. Leytenant 18-24 yaş arası könüllülərə hərbi hissələrə müraciət etməyi tövsiyə edib: “Bəzi bölmələr insanları “dondururlar”. Belə arqument gətititlər ki, onlara heç bir izahat verilməyib”.
O, həmçinin aydınlaşdırıb ki, əslində bütün hərbi hissələr bu məsələ ilə bağlı hərbi komandanlıq orqanlarından təlimatlar olan poçt göndərişi alırlar: “Hətta bəzi yerlərdə belə müraciətlərə baxılması üçün komissiyalar yaradılıb”.
Bəxtiyar CƏFƏRLİ