AZ

Konseysao “Milan”da qalmayacaq

“Milan”ın baş məşqçisi Serjio Konseysao komandada qalmaq fikrində deyil.

Msport.az xəbər verir ki, İtaliya Kubokunun finalında “Bolonya”ya qarşı oyun “rossonyerlər”in çalışdırıcısının qarşısında iki yol açır.

Komanda finalda uduzsa, portuqaliyalı istefaya göndəriləcək. Qələbə təqdirində isə özü istefa vermək niyyətindədir.

Qeyd edək ki, “Milan”la “Bolonya” arasındakı final oyunu mayın 14-də Romada keçiriləcək.

Seçilən
1
msport.az

1Mənbələr