AZ

Qvardiola “Liverpul”u təbrik etdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Liverpul”u İngiltərə Premyer Liqasının cari mövsümün çempionluğu münasibətilə təbrik edib.

Arena.az “Sky Sports” dərgisinə istinadən, ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mən öz adımdan və klubun adından “Liverpul”u İngiltərə Premyer Liqasında qalibiyyəti mümasibətilə təbrik edirəm. Bu, layiqli qalibiyyətdir, buna heç bir şübhə yoxdur. Möhtəşəm komandadır. Ümidvaram, növbəti mövsümdə biz daha yaxşı çıxış edə biləcək və qalibiyyət uğrunda mövsümün sonuna qədər mübarizə apara biləcəyik. Amma indi mənim təbtiklərim “Liverpul”adır”, deyə “Pep” vurğulayıb.

Xatırladaq ki, “Liverpul” İngiltərə Premyer Liqasının 34-cü turunda evdə “Tottenhem” üzərində 5:1 hesablı möhtəşəm qələbə sayəsində cari mövsümün çempionluğunu erkən surətdə təmin edib. “Qırmızılar” 34 oyundan 82 xalla yarış cədvəlinin zirvəsindədirlər.

Qvardiolanın “Mançester Siti”si isə 34 oyundan 61 xalla yarış cədvəlinin 3-cü pilləsində şərti olaraq qərarlaşıb.

Seçilən
0
50
arena.az

10Mənbələr