AZ

Partlayışının mənşəyi

Bəndər Abbas estekadasında baş verən partlayışla bağlı son məlumata görə 1800 nəfər yaralanıb, 120 nəfər həlak olub.

Bəndər Abbas partlayışının mahiyyəti və səbəbi ilə bağlı müxtəlif fərziyyələr irəli sürülüb, lakin indiyə qədər əminliklə bunu söyləmək olar: Partlayışlar Rəcai körpüsündə və “Mostəzəfan Fondu”na məxsus "Sina" kimi tanınan ərazidə baş verib. İlk partlayış saat 12:05-də Fonda məxsus konteynerdə, ikinci partlayış isə 15 saniyə sonra, təxminən 500 metr aralıda, başqa konteynerdə baş verib. Üçüncü və dördüncü partlayışların hər biri 30 saniyə ara ilə və bir-birindən 500-700 metr məsafədə baş verib.

Başqa sözlə, hər biri 500 ilə 700 metr aralığında müxtəlif yerlərdə yerləşən dörd konteynerdə dörd ayrı-ayrı partlayış, onların arasında isə yüzlərlə başqa konteynerlər.

Ona görə də bu dörd konteyner arasında fiziki əlaqənin olmadığını nəzərə alsaq, ehtiyatsızlıq, təhlükəsizlik zəifliyi, ətraf mühitin istiliyi və ya daşınma zamanı qabların özbaşına alışması və partlaması fərziyyəsi qəti şəkildə rədd edilir. Əminliklə demək olar ki, bu partlayışlar qəsdən, vaxtında və əvvəlcədən planlaşdırılıb.

Bununla belə partlayışların göydən, yoxsa yerdən olub-olmaması və ya da konteynerin içərisinə məqsədyönlü şəkildə bomba qoyulmasının (daha çox ehtimal olunur) səbəb olduğu hələ dəqiq müəyyən edilməyib.

- Bəndər Abbasdakı Rəcai limanında baş verən partlayışda 1800 nəfər xəsarət alıb. Xəsarət alanlardan 400-ə yaxın insan Şiraz və Fars vilayətindəki xəstəxanalara köçürülüb.

- İndiyədək 120 cəsəd aşkar edilib ki, onların da təxminən yarısının tanınması mümkün deyil. Bundan əlavə, 70-dən çox insan itkin düşüb. Çox güman ki, onlar da partlayışın şiddətindən həlak olublar.

Xəstəxanaya yerləşdirilən yaralılardan 50-yə yaxınının vəziyyəti ağırdır.

Müvafiq olaraq, son ölüm sayı indiki rəqəmlərdən daha çox olacaq.

Bu güclü partlayışdan sonra Racai limanının yükləmə qurğularının bir hissəsi istismardan çıxarılıb.

Həmçinin, ilk partlayış yerindən 3 kilometr aralıda yerləşən Rəcai Gömrük İdarəsinin binası dağıdılıb, serverin və yüklərin daşınması, ixracı və idxalı ilə bağlı məlumatların böyük bir hissəsi məhv edilib.

Bu məsələ mütləq müxtəlif malların idxalına, neft və neft-kimya məhsullarının ixracına təsir edəcək və bu proses pozulacaqdır.

Görünür, partlayışı törədənlər təkcə ballistik raket yanacağı kimi xüsusi materialları məhv etmək və çıxarmaq istəməyiblər.

Çünki onlar bu əməliyyatı daşımaların mənşəyində və ya son təyinat yerində də həyata keçirə bilərdilər.

Əksinə, bu xüsusi göndərmələri məhv etməklə yanaşı, daha geniş məqsədlər güdüblər:

1. İranın neft və qeyri-neft idxalı və ixracı üçün ən mühüm strateji limanının infrastrukturuna ağır zərbə vurmaq;

2. Ağır maliyyə və iqtisadi itkilər yaratmaq.

Görünür, partlayışı törədənlər bu məqsədə böyük ölçüdə nail olublar.

Seçilən
0
vaxt.az

1Mənbələr