ABŞ-ın elektrik avtomobil istehsalçısı "Tesla" tarixinin ən çətin dövrlərindən birini yaşayır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Şirkətin ilk rüb balans hesabatı xalis mənfəətində 71 % azalma göstərərkən, avtomobil satışları da şirkət tarixində ilk dəfə azalıb.
"Tesla" ilin birinci rübündə 409 milyon dollar xalis mənfəət əldə etdiyini bildirib.
Lakin bu mənfəətin əhəmiyyətli bir hissəsi digər avtomobil istehsalçılarına satılan 595 milyon dollar ekoloji tənzimləmə kreditindən əldə edilib.
Əsas fəaliyyət sahəsi olan avtonəqliyyat vasitələrinin satışında itkilərə məruz qaldığı görünür.
"Tesla"nın satışları xüsusilə Çin və Avropa bazarlarında azalarkən yerli istehsalçı BYD kimi Çinli rəqiblərin yüksəlişi diqqət çəkir.
Şirkət bu il BYD-yə elektrikli avtomobil satışında liderliyini itirməyə hazırlaşır.