AZ

"Güzəştlər ABŞ-yə yalnız zorakılığı təşviq edəcək"

Çinin xarici işlər naziri Vanq Yi Vaşinqton administrasiyasını ABŞ prezidenti Donald Trampın tarif siyasəti ilə bağlı artan ticarət gərginliyində zorakılıq etməkdə ittiham edərək, ölkəsinin bu məsələdə heç vaxt güzəştə getməyəcəyini vurğulayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, nazir Vanq Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BRİKS Xarici İşlər Nazirləri Toplantısında çıxış edib.

Çinli nazir bəyan edib ki, ABŞ administrasiyası tarif siyasəti ilə birtərəflilik yürüdür və öz ölkəsinin maraqlarını bütün beynəlxalq ictimaiyyətin maraqlarından üstün tutur.

Uzun müddətdir azad ticarətdən böyük fayda əldə edən ABŞ-ın digər ölkələrə həddindən artıq tələblərini tətbiq etmək üçün tariflərdən bir vasitə olaraq istifadə etdiyinə diqqət çəkən Vanq, güzəştlər ABŞ-ə yalnız zorakılığı təşviq edəcək deyib.

Seçilən
2
operativmm.az

1Mənbələr