AZ

Polis Messini saxladı: Görün nə tələb etdi

Sosial şəbəkələrdə "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi barədə maraqlı video yayımlanıb.

Publika.az xəbər verir ki, görüntüdə argentinalı ulduzun avtomobil dayanacağında polis tərəfindən saxlanıldığı əks olunub. Amma heç bir qayda pozuntusu yoxdur. Səbəb isə sadəcə selfi çəkmək istəyidir.

Zabit əl sıxaraq Messini salamlayıb və şəkil çəkdirmək istəyib. Argentinalı həmişəki kimi nəzakət göstərib və imtina etməyib. Bu hadisə Leonun mühafizəçisi Yassinin gülümsəməsinə səbəb olub. O, hətta ikinci polisi də Messinin yanına çağırıb.

Seçilən
0
publika.az

1Mənbələr