AZ

Bu ölkədə iki avtomobil partladıldı: Ən azı 26 nəfər ölüb

Nigeriyanın şimal-şərqində iki əldəqayırma partlayıcının avtomobillərdə işə salınması nəticəsində azı 26 nəfər ölüb, 3 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə yerli sakinlərə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Hadisə “Boko Haram” da daxil olmaqla ekstremist qrupların uzun illərdir fəaliyyət göstərdiyi Borno əyalətində baş verib.

Partladılmış avtomobillər Rann və Qamboru Nqala yaşayış məntəqələrini birləşdirən magistral yolu ilə hərəkət edirmiş. Yaralılar ən yaxın xəstəxanaya çatdırılıb.

Seçilən
1
publika.az

1Mənbələr