AZ

DNEPROPETROVSKA DRON ZƏRBƏSİ ENDİRİLİB » AzadMedia.az

DNEPROPETROVSKA

Rusiya hərbi qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətində yaşayış məntəqəsinə dron zərbəsi endirib.
Hadisə nəticəsində dağıntılar altında qalan 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Ölən və yaralılardan biri azyaşlıdır.
Ukraynanın aviasiya qüvvələrindən verilən məlumata görə, ötən gün Rusiyanın 100 dronla hücuma keçib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 8-11 may tarixi üçün atəşkəs elan edib.
Putinin bəyanatında bildirilir ki, bu barədə qərar humanitar məsələləri nəzərə alaraq qəbul olunub.
Kreml rəsmi Kiyev tərəfindən oxşar addım atılacağını gözlədiklərini bildirib.
Ukrayna rəhbərliyi Putinin sülh istəyi nümayişini butaforiya adlandırıb.
Kremlin atəşkəs bəyanatı Amerika Birləşmiş Ştatları rəhbərliyinin Rusiya ilə Ukrayna arasında atəşkəs danışqılarına dair vasitəçilik missiyasını dayandıra biləcəyi ilə bağlı açıqlamasından sonraya təsadüf edir.
Birləşmiş Ştatların dövlət katibi Marko Rubio bu mənada qarşıdakı bir neçə günün kritik olduğunu deyib.
Xatırladaq ki, Donald Tramp 2 gün əvvəl Vatikanda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb.
Liderlər atəşkəs və sülh şərtləri, xüsusilə, Krımın Rusiyanın tərkibində qamlası məsələsini müzakirə ediblər.
Tramp görüşdən sonra bildirib ki, o, Zelenskinin Krımdan əl çəkə biləcəyini düşünür.
Rəsmi Kiyev daha əvvəl bu təklifi rədd edib.

Seçilən
2
1
azadmedia.az

2Mənbələr