AZ

Nazir məşhur cərraha vəzifə verdi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məşhur cərraha müşavir vəzifəsi verilib.
 
Moderator.az xəbər verir ki, nazir Anar Əliyevin müvafiq əmri ilə Samir Səməndər oğlu Şixiyev nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin yeni sədri Ramin Rzayevin müşaviri təyin edilib.
 
Qeyd edək ki, Samir Şixiyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2003-2004-cü illərdə cərrahi ixtisas üzrə internatura keçib. 2004-2025-ci illərdə akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında cərrah vəzifəsində çalışıb. Həkim-cərrah kimi bir çox yerli və beynəlxalq təlim, seminar və konfranslarda iştirak edib. 2016-cı il Aprel döyüşlərində həkim kimi çalışıb.
Seçilən
2
28
moderator.az

1Mənbələr