AZ

İsmayıl Abukar Osman: Azərbaycan gözəl insanları olan heyrətamiz ölkədir

Somali Ekoloji İnkişaf Təşkilatının (SEDO) icraçı direktoru İsmayıl Abukar Osman Qlobal Cənub QHT Platformasının yaradılmasını müsbət qiymətləndirib.

Bu barədə o, “Report”a Bakıda keçirilən təsis konfransının ikinci günündə bildirib.

"Mən bu mühüm platformanın təsis edilməsində iştirak etmək üçün Azərbaycana gəlmişəm. Əminliklə deyə bilərəm ki, bu, bu il iştirak etdiyim ən yaxşı təşəbbüslərdən biridir. Mən platformanın yaradılmasını alqışlayıram və səmimi qəbula görə Azərbaycana təşəkkürümü bildirirəm", - İ.Osman qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan zəngin mədəniyyəti və qonaqpərvər xalqı olan bir ölkə kimi güclü təəssürat yaradır.

"Bu, gözəl insanları olan heyrətamiz bir ölkədir. Mən Azərbaycanın Formula-1 yarışlarının təşkilində uğuru haqqında eşitmişdim və indi şəxsən insanların niyə buraya gəlmək istədiklərini başa düşdüm", - icraçı direktor əlavə edib.

Seçilən
0
report.az

1Mənbələr