AZ

Saatlıda gənc qadın intihar etdi

Saatlı rayonunda gənc qadın intihar edib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə aprelin 29-da gecə saat 2 radələrində rayonun Dədə Qorqud kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini 2002-ci il təvəllüdlü Kəmalə Zaur qızı Həsənova özünü yaşadığı evin həyətindəki borudan asıb.

Qadının meyiti səhər saatlarında ailə üzvləri tərəfindən asılmış vəziyyətdə aşkarlanıb.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
0
avtosfer.az

1Mənbələr