Aktyor Alek Baldvinin həyat yoldaşı Hilari 5 ay əvvəl bətnindəki uşaq düşdükdən sonra yenidən hamilədir.
35 yaşlı Hilari beşinci dəfə ana olacağını bildirərək körpənin ürək döyüntüsünün videosunu instaqramda paylaşıb.

Paylaşımda o, qeyd edib ki, körpəsinin açıq-aydın eşidilən ürək döyüntüsü onu olduqca xoşbəxt edir və bu yaz yaşadıqları körpə itkisinin yerini doldurur.
Hilari onu da bildirib ki, instaqramda paylaşım etməyinin səbəbi ərinin və özünün həyəcanlı olmalarıdır. Onlar bu hamiləliyi daha heç kimdən gizlətmək istəmirlər.
Məhəmməd Hüseynov
Video burada:
www.anews.az