"Sabah" Futbol Akademiyası bölgələrdə istedadlı uşaq futbolçuların axtarışını davam etdirir.

Offsideplus.az xəbər verir ki, akademiyanın məşqçiləri bu dəfə Lənkərana yollanıblar.

Bu gün saat 14:00-da Lənkəran Olimpiya İdman Kompleksində 2009-2015-ci il təvəllüdlü futbolçulara baxış keçiriləcək.

Qeyd edək ki, "Azərlotereya"nın dəstəyi ilə keçirilən seçim turları ötən həftə Göygöldə baş tutmuşdu. "Sabah"ın məşqçiləri bu şəhərdə baxışa gələn 1200-ə yaxın uşaqdan 60-nı seçmişdi.