Çinin xarici işlər naziri Vanq Yi və rusiyalı həmkarı Sergey Lavrov Rio-de-Janeyroda keçirilən görüşdə Koreya yarımadası və İranın nüvə məsələlərini müzakirə ediblər. Vətəninfo.az xəbər verir ki , bu barədə TASS Çin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
“Tərəflər İran və Koreya yarımadasının nüvə məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar”, – deyə Çin Xarici İşlər Nazirliyi bildirib.
Wang Yi və Lavrovun həmçinin “BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və G20 kimi çoxtərəfli formatlarda əməkdaşlığın gücləndirilməsi məsələləri üzrə strateji ünsiyyətdə olduqları” bildirilir.
Aprelin 28-də Rio-de-Janeyroda BRİKS ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib.