AZ

"Kiyevdən heç bir cavab gəlməyib" - Kreml

Rusiya dəfələrlə ilkin şərt olmadan danışıqlara başlamaq üçün çağırış edib, lakin indiyədək Kiyevdən heç bir cavab gəlməyib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov açıqlayıb. 

"Putin dəfələrlə bildirib ki, Rusiya heç bir ilkin şərt olmadan danışıqlar prosesinə başlamağa hazırdır. Biz bu günə kimi Kiyev rejimindən cavab eşitməmişik", - Peskov bildirib.

Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş bayram tədbirləri ilə əlaqədar atəşkəs rejiminin yaradılması barədə qərar qəbul edib.

Ağarza Elçinoğlu

Seçilən
1
unikal.az

1Mənbələr