“Çelsi”nin hücumçusu Kristofer Nkunku yay transfer pəncərəsində komandanı tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Arsenal” 27 yaşlı fransalını transfer etmək variantını nəzərdən keçirir. Klub Nkunkunun baş məşqçi Mikel Artetanın oyun üslubuna uyğunlaşacağına inanır.
Nkunku “Çelsi”yə 2023-cü ilin yayında “Leypsiq”dən keçib. Bu mövsüm forvard bütün turnirlərdə 42 oyun keçirib, 14 qol vurub və 5 məhsuldar ötürmə edib. “Transfermarkt” onun bazar dəyərini 45 milyon avro qiymətləndirir.