AZ

Bölgələrdə həkim çatışmazlığı var, tibb işçiləri əsasən Bakıda toplaşıblar – Nazirlik rəsmisi

Bakı. Trend:

Bölgələrdə həkim çatışmazlıqları ilə bağlı əsas problem coğrafipaylanmadadır.

Trend xəbərverir ki, bunu Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsilşöbəsi müdirinin müavini Təranə Əhmədova Milli Məclisin Əmək vəsosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanıdeyib.

T.Əhmədova vurğulayıb ki, bununla bağlı yeni təkliflərhazırlanır:

"Tibb işçiləri əsasən Bakıda toplaşıb. Onların bölgələrəgöndərilməsi üçün təkliflər hazırlanır. Bununla bağlı təklifləryaxın vaxtlarda təqdim ediləcək".

Nazirlik rəsmisi bildirib ki, sertifikasiya imtahanlarında dadəyişiklik nəzərdə tutulur:

"Suallar asan, orta və mürəkkəb olacaq. Elmi və tədristədbirlərinin akkreditasiyasını Səhiyyə Nazirliyinin Elmi-TibbiŞurası həyata keçirəcək. Bundan başqa, davamlı peşəkar inkişaf(DPİ) tədbirlərinin akkreditasiyası və bunun kredit ekvivalentləri,tələblər nazirlik tərəfindən hazırlanacaq. Bunlar imkan verir ki,tibb mütəxəssisi müxtəlif tədbirlərə getməklə kredit ballarınıartırsın. Məsələn, elmi fəaliyyətlə məşğul olan şəxsin kreditbalları daha çox olacaq. Özəl və dövlət sektorunda çalışan tibbmütəxəssisləri ilə bağlı ayrı-seçkilik olmayacaq".

Seçilən
1
2
az.trend.az

3Mənbələr