İsrailin Qəzzada atəşkəs danışıqlarında gündəmə gətirilən beş illik atəşkəs müqabilində bütün israilli əsirlərin azad edilməsi təklifini rədd edib.
Publika.az xəbər verir ki, bu barədə Tel-Əviv rəhbərliyi açıqlama yayıb.
“Biz çətin ki, HƏMAS-ın yenidən silahlanmasına, qruplaşmasına və İsrailə qarşı müharibəsini davam etdirməsinə imkan verən atəşkəsi qəbul edək”, - deyə İsrail rəsmisi bildirib.
Qəzzada saxlanılan israilli əsirlərin ailələrindən verilən açıqlamada təklifin rədd edilməsinin hökumətin planının olmadığının daha bir sübutu olduğu bildirilib.