Bakı. Trend:
D8 ölkələri arasında əməkdaşlığı aktivləşdirmək lazımdır.
Trend xəbər verirki, bunu Nigeriyadan olan iqlim dəyişikliyi fəalı Olumide İdovuQlobal Cənub QHT platformasının Bakıda keçirilən “Həmrəy fəaliyyət:yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-ləriningücləndirilməsi” mövzusunda təsis konfransında çıxışı zamanıdeyib.
“Mən hamımızı ümumi rifaha, davamlı inkişafa və qarşılıqlıöhdəliklərin möhkəmləndirilməsinə, xüsusilə Qlobal Cənub QHT-ləriplatforması çərçivəsində birgə çalışmağa çağırıram. Unutmaq olmazki, tərəfdaşlıq tərəqqinin açarıdır. Həqiqi inkişaf yalnızəməkdaşlıq yolu ilə mümkündür. Bu səbəbdən biz D8 ölkələri, ocümlədən, Azərbaycan arasında qarşılıqlı fəaliyyəti bu qlobalplatformada gücləndirməliyik”, – deyə o vurğulayıb.
O.İdovu qeyd edib ki, Bakıda keçirilən QHT konfransı QlobalCənub ölkələrinin üzləşdiyi ədalətsizliklərə – yoxsulluq, iqlimdəyişikliyinin nəticələri, təhsilin keyfiyyətinin artırılmasızərurəti və digər kəskin çağırışlara qarşı birgə mübarizə üçünvahid cəbhəyə çevrildi.
“Nigeriya Afrikanın əhalinin ən sıx məskunlaşdığı ölkələrindənbiridir. Ölkəmiz inkişaf və iqtisadiyyat sahəsində ciddiçətinliklərlə üzləşir. Məhz buna görə də bizə iqtisadi tərəfdaşlığavə iştirakçı ölkələrin potensialının birləşdirilməsi əsasında ümumiinkişafa yol açan əməkdaşlıq lazımdır”, – deyə o əlavə edib.