Cəbrayılın Şükürbəyli kəndində dağılmış, sökülmüş binaların və digər söküntülər üçün 124.422,47 AZN vəsait xərclənəcək. Bu barədə tenderlərlə bağlı elan saytında məlumatda qeyd olunub.
Prosesi "TURAN.İ.O" MMC icra edəcək.
Şirkət 2018-ci il dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 10 manatdır.
2026-cı ilə qədər Cəbrayılın Böyük Mərcanlı, Kaxulu, Sarıcallı və Maşanlı kəndlərinə ümumilikdə 3193 nəfərin köçürülməsi planlaşdırılır.
2024-cü il üçün Qarabağın 5 rayonuna məcburi köçkünlərin 30 ildən sonra ilk dəfə qaytarılması nəzərdə tutulub.
Prezident İlham Əliyev bildirib ki, 2024-cü ilin sonuna qədər 20 min məcburi köçkün öz yurdlarına qayıdacaq.
Cəbrayıl 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib, 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusunun antiterror tədbirlərindən sonra işğladan azad edilib.
Prezident İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin təməlini qoyub.
Gülnar