AZ

Gürcüstan və Ermənistan prezidentləri görüşüblər

Gürcüstan və Ermənistan prezidentləri regional məsələləri müzakirə edib.

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Ermənistana rəsmi səfəri çərçivəsində həmkarı Vaaqn Xaçaturyan ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayıb.

Təkbətək görüş zamanı müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Gürcüstan Prezidenti erməni həmkarına ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə təşəkkür edib. Görüşdə Gürcüstan və Ermənistandakı mövcud siyasi proseslər müzakirə edilib, regional sülh və sabitliyin vacibliyindən danışılıb.

Seçilən
0
operativmedia.az

1Mənbələr