“Real” qapıçısı Tibo Kurtua ilə müqaviləni uzadacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb. Belçikalı qolkiperin sözləşməsi 2028-ci ilin yayına kimi artırılacaq.
Kurtua 2018-ci ildən “Real”da çıxış edir. Onun indiki müqaviləsi 2026-cı ilin iyununa kimidir.