BAKI. 29 aprel. TELEQRAF
Gürcüstan əsilli Quram Kutateladze UFC döyüşçüləri siyahısından xaric edilib.
Teleqraf "Borrachinha Depot" nəşrinə istinadən xəbər verir ki, yüngül çəkidə yer alan Kutateladzenin sonuncu döyüşü martda Böyük Britaniyanın paytaxtı Londonda olub.
İsveçi təmsil edən döyüşçü yekdil qərarla braziliyalı Kaue Fernandesə uduzub.
33 yaşlı idmançı döyüşlərindən 13 qələbə, 5 məğlubiyyətlə ayrılıb.