AZ

Prezident: Gürcüstan Azərbaycan və Ermənistanla üçtərəfli formatın davamlı olacağına ümid edir

TBİLİSİ, 29 aprel. TELEQRAF

“Tbilisidə bu yaxınlarda keçirilmiş Gürcüstan, Ermənistan və Azərbaycan xarici işlər nazirləri müavinlərinin üçtərəfli görüşü Gürcüstanın Cənubi Qafqaz regionunda dialoq, sülh və sabitliyi təşviq etməyə hazır olduğunu bir daha əyani şəkildə təsdiqləyir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili erməni həmkarı Vaaqn Xaçaturyanla görüşdə deyib.

Prezident gələcəkdə üç ölkə arasında bu formatda işin davam etdiriləcəyinə ümidvarlıq ifadə edb.

Seçilən
0
teleqraf.com

1Mənbələr