AZ

I rübdə müştərilər 300 milyon manata yaxın depozit gəliri əldə ediblər

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda banklar cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 298,9 milyon manat faiz ödəyiblər.

FED.az Azərbaycan Mərkəzi Bankına  istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə  107,5 milyon və ya 56,2% manat artıb. Ay ərzində isə 101,3 milyon (51,3%) artım qeydə alınıb.

2024-cü ilin müvafiq dövründə banklar 191,4 milyon manat depozit faizi ödəmişdilər. 1 ay öncə isə bankların ödədikləri depozit faizlərinin həcmi 197,6 milyon manat idi.

Seçilən
3
fed.az

1Mənbələr