Bakı. Trend:
Azərbaycanın bank sistemi ciddi sarsıntılar zamanı belədayanıqlılığını qoruyub saxlayır.
Trend xəbər verirki, bu barədə Beynəlxalq Valyuta Fondunun yenilənmiş hesabatındadeyilir.
“Azərbaycan iqtisadiyyatı 2015-ci ildə qlobal neft qiymətlərininçökməsi və 2020-ci ildə COVID-19 pandemiyası nəticəsində baş verəniki ciddi tənəzzüldən sonra özünü toparlayıb. Beynəlxalq ValyutaFondunun (BVF) qeyd etdiyi kimi, son on ildə ölkənin valyutaehtiyatları iki dəfə artıb, bankların üstünlük təşkil etdiyimaliyyə sektorunda isə genişmiqyaslı islahatlar aparılıb. Banklar2015–2016-cı illər böhranlarından dərs çıxarıblar ki, bu dakapitalın adekvatlıq əmsalını artırıb və açıq valyuta mövqeləriniazaldıblar. Stress-testlərin nəticələrinə əsasən, Azərbaycanın banksistemi həm xarici, həm də daxili ciddi sarsıntılar fonundadayanıqlığını qoruyur”, – deyə BVF-dən bildirilib.
Lakin bankın analitikləri qeyd edirlər ki, əlverişsizssenarilərdə, kapitalın ümumi adekvatlılıq əmsalı 4.5 faizlikgöstəriciyə qədər azala bilər.
“Bank sektorunun aktivlərinin 35 faizini təşkil edən 23 bankdansəkkizinə əlavə kapital tələb oluna bilər, lakin onların ümumikapital defisiti ÜDM-in 0,5 faizi həcmində qiymətləndirilir.Likvidlik testləri də göstərdi ki, sektor bütövlükdə ciddisarsıntılara belə tab gətirmək üçün kifayət qədər buferlərəmalikdir. Bununla belə, bəzi banklar (sarsıntılara) həssasdırlar.Xüsusilə, korporativ əmanətlərin yüksək payı bəzi bankları irihəcmdə vəsaitlərin birdən-birə çıxarılması riskinə qarşı həssasedir,” – deyə hesabatda vurğulanır.
BVF 2015-ci ildə aparılan əvvəlki maliyyə sektoruqiymətləndirməsindən sonra əldə olunan irəliləyişi yüksəkqiymətləndirib.
“Mərkəzi Bank banklara nəzarəti əhəmiyyətli dərəcədəgücləndirib, milli özəllikləri nəzərə almaqla “Basel III”standartlarını tətbiq edib və makroprudensial siyasəti inkişafetdirib. Həmçinin, bankların fövqəladə maliyyələşdirilməsimexanizmi təkmilləşdirilib və problemli maliyyə institutlarınınhəlli üçün hüquqi baza yenilənib,” – deyə maliyyə qurumundanbildirilib.