Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 16-cı turunun oyunlarına təyinatlar açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Lider “Araz-Naxçıvan”la “Baku Fire” arasında baş tutacaq mərkəzi görüşü FİFA referiləri idarə edəcək. Mərkəzi oyun saat 14:00-da başlayacaq.
Yüksək Liqa
16-cı tur
1 may
Araz-Naxçıvan – Baku Fire
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Anar Fərəcov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 14:00.
Neftçi İK – Şuşa
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Kənan Manafov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 16:00.
Yasamal Bakı – U-19
Hakimlər: Hacıəli Ağayev, İmran Məhərrəmov, Vüsal Balaşov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 18:00.