AZ

Qadın ərinin qohumlarını zəhərləyib öldürdü

Avstraliyada Erin Patterson adlı qadın 2023-cü ilin iyul ayında zəhərli göbələklərlə dolu naharla üç nəfəri öldürməkdə və bir nəfəri öldürməyə cəhddə ittiham edilib.

News24.az xəbər verir ki, sözügedən nahar Avstraliyanın Leonqatha şəhərində baş tutub. Yeməkdən sonra Erin Pattersonun keçmiş qayınatası Don Patterson (70), qayınanası Geyl Patterson (70) və Geylin bacısı Heather Wilkinson (66) xəstəxanaya aparılıb və bir neçə gün ərzində dünyasını dəyişib.

Patterson üç cinayət və bir adam öldürməyə cəhd ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.

50 yaşlı müttəhim bütün ittihamları rədd edib və günahsız olduğunu etiraf edib. 

Günel Məlikzadə


Seçilən
2
news24.az

1Mənbələr