AZ

Beş uşağının anasını qətlə yetirdi

Adananın Ceyhan rayonunda Serdar Şen, boşanma mərhələsində olduğu həyat yoldaşı, beş uşağının anası Rabia Şeni müxtəlif yerlərindən bıçaqlayıb.

News24.az xəbər verir ki, ağır yaralanan bədbəxt qadın aparıldığı xəstəxanada göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq xilas edilə bilməyib.

Cütlüyün əvvəllər tez-tez mübahisə etdiyi və Rabia Şenin evi tərk etdiyi, lakin qısa müddət əvvəl Serdar Şen ilə barışaraq geri döndüyü öyrənilib. Serdar Şen Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, hadisə ilə bağlı istintaq davam edir.

Günel Məlikzadə

Seçilən
1
news24.az

1Mənbələr