AZ

İmuniteti gücləndirmək üçün hansı qidalara üstünlük verilməlidir?

Ekspert: İmuniteti gücləndirmək üçün balanslı və vitaminlərlə zəngin qidalanma çox önəmlidir

Mövsüm dəyişiklikləri, xüsusilə də qışdan yaza keçid dövrü orqanizmin immun sistemini zəiflədə bilər. Bu dövrdə sağlam qidalanma və düzgün vitamin-mineral balansı vacib rol oynayır.

Operativ Media xəbər verir ki, qida eksperti Seymur Qafarovun sözlərinə görə, immunitetin möhkəmləndirilməsi üçün vitaminlərlə zəngin təbii qidaların gündəlik rasionda yer alması əsas şərtdir:

C vitamini immun hüceyrələrinin fəaliyyətini artıraraq infeksiyalara qarşı qoruyucu təsir göstərir. Bu vitamini əldə etmək üçün portağal, qreypfrut, limon, kivi, çiyələk ( Əgər mövsümüdürsə), brokoli və qırmızı bibər kimi qidalara üstünlük vermək tövsiyə olunur.

Beta-karoten sarı və narıncı rəngli meyvə-tərəvəzlərdə mövcuddur və güclü antioksidant təsirə malikdir. Yerkökü, balqabaq, ananas, xurma və sbu baxımdan faydalı qidalardır.

Sarımsaq tərkibindəki alisin maddəsi sayəsində təbii antibakterial və antiviral xüsusiyyətlərə malikdir, immun sistemini stimullaşdıraraq orqanizmi infeksiyalardan qoruyur.

Bağırsaq sağlamlığı da immun sisteminin güclənməsində mühüm rol oynayır. Kefir, təbii qatıq və turşu kələm kimi probiotiklərlə zəngin qidalar bağırsaq florasını tarazlaşdırır.

Sink və selen mineralları immun hüceyrələrinin funksiyasını dəstəkləyir. Balqabaq tumu, hinduşka əti, quzu əti, dəniz məhsulları, soğan və sarımsaq bu minerallarla zəngindir.

Omeqa-3 yağ turşuları da iltihab əleyhinə xüsusiyyətləri ilə tanınır və immunitetin gücləndirilməsində mühüm rol oynayır. Qızılbalıq, skumbriya, tuna, çia toxumu və qoz bu maddələrlə zəngindir.

Bundan əlavə zəncəfilyaşıl çay kimi təbii məhsulların tərkibindəki antioksidantlar immuniteti möhkəmləndirərək, orqanizmi xəstəliklərə qarşı daha dayanıqlı edir.

Günay Nəcəfova

Seçilən
0
operativmedia.az

1Mənbələr