Olaylar.az xəbər verir ki, o bu barədə Paris Match jurnalına müsahibəsində deyib.
Makronun sözlərinə görə, məqsəd Ukraynada atəşkəsin əldə olunmasıdır. Fransa lideri ABŞ prezidenti Donald Trampla aprelin 24-nə keçən gecə baş tutan telefon danışığında Vaşinqtonu Rusiyaya qarşı daha sərt mövqe tutmağa razı sala bildiyini deyib.
Makron qeyd edib ki, bu təzyiqlər sanksiyaların gücləndirilməsi ehtimalını da əhatə edir və bu yolla Kremlin atəşkəsə təşviq ediləcəyinə inanır.
Fransa prezidenti həmçinin Donald Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenskinin aprelin 26-da Papa Fransiskin dəfn mərasimi çərçivəsində Vatikan görüşünə istinad edərək bildirib ki, həmin danışıqlar da Rusiyaya təzyiq göstərmək baxımından əhəmiyyətli olub.
"Yalnız Ukraynaya təzyiq göstərilməsi düzgün olmazdı. Bu səbəbdən Rusiya üzərində də təsir mexanizmləri vacibdir", - deyə Makron vurğulayıb.