"Barselona"nın baş məşqçisi Hans-Diter Flik katalon klubundan ayrılandan sonra karyerasını başa vura bilər.

Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssis daha öncəki açıqlamalarında uzun müddət baş məşqçilik etməyəcəyini söyləmişdi. O, ailəsi ilə daha çox vaxt keçirmək üçün "Barselona"dakı işini başa vurduqdan sonra məşqçilik karyerasını bitirəcəyini istisna etmir.

Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayır.

Əlavə edək ki, buna baxmayaraq Flikin "Barselona" yeni 2 illik müqavilə imzalayacağı gözlənilir. O, "blauqrana"da xoşbəxtdir.