Qəza səhər saatlarında Antalyada Gündoğdu məhəlləsində Yörük Mustafa bəy bulvarında baş verib.
News24.az xəbər verir ki, alınan məlumata görə, rusiyalı turistləri hava limanından götürən 07 AVN 799 dövlət nömrə nişanlı tur mikroavtobusu adı hələlik məlum olmayan sürücünün sükanı idarə etməsindən sonra banan istixanasının yanına aşıb. Şahidlərin qəza barədə məlumat verməsindən sonra hadisə yerinə çoxlu təcili yardım, polis və xilasetmə briqadaları göndərilib.
İlkin məlumata görə, qəza nəticəsində mikroavtobusda olan 25 rusiyalı sərnişindən 18-i və nəqliyyat vasitəsinin sürücüsü olmaqla ümumilikdə 19 nəfər xəsarət alıb.
Məryəm İlhamqızı