“Real” mövsümün sonunda baş məşqçisi Karlo Ançelloti ilə yolları ayıracaq.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubunun yeni çalışdırıcısı Xabi Alonsonun olacağı qeyd edib. “Bayer”dən mövsümün sonunda ayrılacaq ispaniyalı mütəxəssis “Real”la razılığa gəlib.
Xabi Alonso 2009-2014-cü illərdə futbolçu kimi “Real”da çıxış edib. O, 2018-2019 mövsümündə “Real”da köməkçi məşqçi kimi də çalışıb.