AZ

Soltan Məmmədov: Kredit ballarının hansı suallar əsasında formalaşacağı maraqlıdır

“Sertifikasiya illərdir, müzakirə olunan məsələlərdən birdir. Bu gün sertifikasiya aparılmayan sahələrdə də kadrların bilik və bacarıqlarının qiymətləndirilməsi üçün işlər görülür”.

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsində deputat Soltan Məmmədov deyib.

Deputat qeyd edib ki, əsas sual sertifikasiya imtahanlarının beynəlxalq standartlara nə qədər cavab verib-verməməsi idi: "Bu layihənin qəbulundan sonra bu suala cavab tapılacaq, tibb müəssisələrinin, elmi müəssisələrinin müvafiq akkreditasiyadan keçməsi üçün əsas yaradılacaq. Kredit ballarının hansı suallar əsasında formalaşacağı, bunun necə müəyyənləşəcəyi maraqlıdır və biz bu tədbirlərdə yaxından iştirak etməliyik. 6 aylıq humanist tədbirin görülməsini alqışlayırıq. Hər bir səhiyyə işçisi qarşısında olan suallara cavab tapacaq və bu yeni layihəni dəstəkləyəcək”.

Seçilən
1
apa.az

1Mənbələr