AZ

Komitə sədri "Azəriqaz" İB-dəki ştat və "islahatlar"ın gizlinlərini sadalayır: "Anlayışı olmayan şəxslərin yüksək postlara gətirilməsi..."

""Azəriqaz İB -nin yeni strukturunun ştat vahidləri düzgün tərtib olunmayıb".

Mia.az xəbər verir ki, bu məlumatı "Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı adını açıqlamadağı ekspertlərin birinin məlumatı kimi təqdimedib.

O, daha sonra ekspertin aşağıdakı maraqlı izahatını bölüşüb:

"Azəriqaz" İB-nin yeni strukturunda rayon qaz istismar xidmətlərində ştat sayının azaldılması və Regional qaz istismarı idrələrində ştatların coxaldılması addımı qeyri-peşakər addım hesab olunur. 

Məsələn:

Sual oluna bilər: Göyçay rayon sayğac əməliyyatlarına təyin olunan 11 ci dərəcəli mühəndis metrologiya üzrə il ərzində öz vəzifə öhdəliklərini icra edə bilərmi?

Bildiyimiz kimi il ərzində 2025-ci il üçün 1908 iş saatı nəzərdə tutulub 1 saat ərzində 3 sayğac əvəz edə bilsə buda il ərzində 5700 sayğac edir lakin mühəndis metrolqun işi təkcə sayğac əvəz etməkdən ibarət deyil, onun aşağıda göstərilən əmək funksuyası mövcuddur:

İndi gəlin Ağsu RQİİ də olan işçi sayına və Regiondan bir başa metroloqa göstəriş verənlərin sayına:

Bu ştat vahidlərini kim tərtib edib?

İndi gəlin araşdıraq: il ərzində 1908 saat iş saatı mövcuddur bununda 21 gün yəni 168 saat çilingər məzuniyyətdə olmağını nəzərə alsaq 1740 saat işləməliir. Belə olan halda gərək cilingər bir saata 6 abonentin qaz təsərrüfatina baxiş keçirməli, akt tərtib etməlidir. Təhsili olmayan, bir şəxs bu öhdəliyi yerinə yetirə biləcəkmi? Mümkün deyil. O cilingər sizi aldadacaq, nömrəli aktları çayxanalarda, parklarda yazib abonentin yerinə özü imza atacaq..."

Samir MUSAYEV

MİA.AZ

Seçilən
0
4
mia.az

5Mənbələr