
Heftelik.az xəbər verir ki, bu barədə tanınmış istimai fəal, Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyi- nin sədri, ekspert Emil Maqalov məlumat verib.
“Saray qəsəbəsi “Jasmin Park”dan aldığım evin kreditini 3 aydan az gecikdirmişəm. Çox vaxt 2-3 ayı kreditini birlikdə ödəmişəm, özü də nağd, əldən-ələ, bir söz deyən olmurdu. Yenə həmişəki kimi həmin 3 ayın pulunu ödəmək üçün “Şərur MTK”- ya gələndə dedilər ki, müqavilədə də göstərilib ki, 2 ay gecikmə olduqda ev digər şəxsə satılır. Bəs
bunu 3 ildir niyə demirdilər?
İndi də mənə bildirdilər ki, “müqavilədə yazılana baxma 3-6 ayı birlikdə ödəyə bilərsən” deyən işçiləri də qovub”,- deyə QHT sədri şikayətində bildirib.
Qarşılaşdığı problemi həll etmək üçün Şərurlu İsfəndiyar ilə görüşmək istəyən E.Maqalov onun kobud rəftarı ilə üzləşib:
“İdda edirlər ki, sən evi alanda 2022 ci ildə 1 kv.m-in qiyməti 650 manat idi, 1250 manatdır. Evə ödədiyim məbləği, yani 1 kv.m-ə 650 azndən qaytarmaq şərti ilə evi əlimdən alır və ya 44000 cərimə yazırlar.
Çox çək-çevirdən sonra cəriməmi 20000 manata saldı. Halbu ki, evin ümumi dəyəri 47700 manatdır. İndi 6 min manata görə ya evi qaytarmalıyam, ya da 20 min manat cərimə verməliyəm.
Özü ilə şəxsən görüşdüm. Danışmağa belə imkan vermədi. Kobud şəkildə, “xoşun gəlmir evi 2022 ci ilin qiyməti ilə qaytar” dedi”.