BAKI, TurkicWorld
Türkiyədə İzmir sahillərində 31 qeyri-qanuni miqrant saxlanılıb.
TurkicWorld xəbər verir ki, İzmirin Dikili rayonu sahillərində rezin qayıqda olan 31 qeyri-qanuni miqrant Sahil Mühafizə Komandanlığı tərəfindən saxlanılıb.
Onlardan 11-nin uşaq olduğu qeyd olunub. Tutulan şəxslər müvafiq prosedurların tamamlanmasından sonra İl İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.
Qeyd edək ki, əməliyyat Sahil Mühafizə Komandanlığının internet saytında yayımlanan məlumat əsasında həyata keçirilib.