AZ

Rusiya qazı ABŞ-ın köməyi ilə Avropa bazarına qayıdır

Yazını böyüt
Yazını kiçilt

ABŞ-la Rusiya arasında siyasi münasibətlərdə son yaxınlaşma iqtisadi sahədə “qapalı” sayılan bəzi qapıları açmaq üzrədir. Bunun ilk nəticəsi ləğv edilən və terror hücumunun hədəfinə çevrilən “Şimal axını-2” kəməri ola bilər.

Hafta.az-ın yazdığına görə, Avropa Birliyinin Rusiyanın enerji təchizatına rəsmi embarqosu davam edərkən, yerdəki faktlar fərqli mənzərə yaradır. 2025-ci ilin əvvəlində Rusiya Avropanın qaz idxalında ikinci yerə yüksəlib və Aİ-nin ümumi qaz idxalının 21 faizini təşkil edib. Fransanın enerji nəhəngləri “Engie” və “TotalEnergies” Rusiya qazı olmadan rəqabətqabiliyyətli qala bilməyəcəklərini bəyan edərək, “Şimal axını” və “Şimal axını 2”nin yenidən işə salınmasını dəstəkləyir. Amma boru kəmərlərindən üçü zədələnib və Aİ-nin sanksiyaları rəsmən ləğv edilməyib.

Çıxış yolu kimi “Şimal axını 2”nin amerikalı investorların nəzarətinə keçməsi gündəmdədir. 9 may 2025-ci il tarixində “Şimal axını 2 AG”nin iflas prosesi başa çatdıqdan sonra şirkətin aktivlərinin Amerika şirkətlərinə verilməsi planlaşdırılır. Qazın beləliklə "rəsmi Amerika" statusu qazanması ilə Avropa şirkətləri tədarük müqavilələri imzalaya biləcək və ABŞ-ın ticarət təzyiqləri azalacaq.

Lakin ekspertlərin fikrincə, prosesə Çin faktoru kimi mühüm maneələr var. Çin Rusiya ilə enerji əlaqələrini dərinləşdirərkən ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) alışını dayandırıb. Yamal bölgəsindəki qaz ehtiyatları həm Avropaya, həm də Çinə xidmət etməlidir. Ona görə də “Şimal axını 2”nin yenidən açılması “Qazprom”u Pekinlə Avropa arasında çətin seçim etməyə məcbur edə bilər. Yaxın vaxtlara qədər Rusiyanın qalan qazını hara sata biləcəyi ilə bağlı müzakirələr gedirdisə, indi bəzi rusiyalı ekspertlər tələsik addımların Sibir və Uzaq Şərqin qazsız qalmasına gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edirlər.

Seçilən
0
2
hafta.az

3Mənbələr