Rusiyada sosial şəbəkələr Kursk döyüşlərində iştirak edən Şimali Koreya əsgərlərinin şücaətlərindən yazıb.
Publika.az xəbər verir ki, bu barədə məlumat verən “Batalyon Vostok” Telegram kanalında Şimali Koreya əsgərlərinin döyüş hərəkətləri, əla vəziyyətdə olan texnikası və qüsursuz hazırlıqları nümayiş etdirilib.
Müşahidələrə görə, Şimali Koreya bölmələri dayanmayan mexanizmə bənzəyirdi: “irəli” əmri vermək kifayət idi ki, əsgərlərin dalğası itkilər qarşısında belə dayanmadan hücuma keçsin.
Qeyd olunub ki, ümumi dil olmasa da, qarşılıqlı əlaqə rəvan davam edib. Şimali Koreya əsgərləri bütün əmrləri şübhəsiz və dəqiq yerinə yetiriblər.
"Şimali Koreya döyüşçüləri Rusiya bölmələrindən ayrı yerləşdirilmişdi. Düşərgələr qurub, mümkün qədər nəzərə çarpmamağa çalışırdılar", - deyə döyüşlərdə iştirak edən rus zabitlərdən biri deyib. O, onların işini şəxsən müşahidə etdiyini, peşəkarlıq və nizam-intizam səviyyəsinə heyran olduğunu qeyd edib.
Onun sözlərinə görə, Şimali Koreya əsgərlərinin hərəkətlərini demək olar ki, qüsursuz adlandırmaq olar: "Tanış olmayan ərazi müəyyən çətinliklər yaratsa da, əsgərlər buna tez öyrəşdilər, vəziyyətə uyğunlaşdılar və rus hərbçilərinin döyüş təcrübəsini fəal şəkildə mənimsədilər".
Zabit deyib ki, döyüş əməliyyatlarının tam ortasında taktika sürətlə dəyişilməli olub, amma onlar bu tapşırığın da öhdəsindən yüksək peşəkarlıqla gəliblər.