AZ

100 və daha çox qol vuranlar – Premyer Liqada

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) İngiltərə çempionatlarında ən çox qol vuran əcnəbi futbolçuların adlarını açıqlayıb.

Msport.az xəbər verir ki, siyahıya 100 və daha çox qol vuran oyunçular salınıb.

Cədvələ bu yaxınlarda 185-ci qolunu vuran “Liverpul”un hücumçusu Məhəmməd Salah başçılıq edir. O, əvvəlki rekordçu Serxio Aqueronu 1 qol qabaqlayır. Üçüncü pillədə isə Tyerri Anri qərarlaşıb.

 

  1. Məhəmməd Salah – 185 qol
  2. Serxio Aquero – 184
  3. Tyerri Anri – 175
  4. Robin van Persi – 144
  5. Duayt York – 136
  6. Cimmi Floyd Hasselbeynk – 127
  7. Son Xın Min – 127
  8. Robbi Kin – 126
  9. Nikola Anelka – 125
  10. Romelu Lukaku – 121
  11. Sadio Mane – 111
  12. Neyl Quinn – 109
  13. Didye Droqba – 104
  14. Kriştianu Ronaldo – 103
Seçilən
1
msport.az

1Mənbələr