Fransalı futbolçu Pol Poqba karyerasını bərpa etməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, "Di-Si Yunayted" klubu onu transfer etmək istəyir. Artıq tərəflər arasında danışıqlar gedir.

Bu barədə "The Athletic" məlumat yayıb.

Xatırladaq ki, Poqba 4 illik dopinq cəzasına məruz qalmışdı. Daha sonra onun cəzası 18 aya endirilmişdi. O, bu ilin mart ayından bəri cəzasını başa vurub və meydanlara qayıda bilər.