Bakı, 29 aprel, AZƏRTAC
Bu ilin yanvar-mart ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 125 min 457 vətəndaş müraciəti qeydə alınıb.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, müraciətlərdən 50 min 893-ü pensiya, 30 min 26-sı müavinət, 4 min 248-i Prezident təqaüdü, 26 min 598-i ünvanlı dövlət sosial yardımı, 3 min 53-ü fərdi uçot və sosial sığorta, 486-sı dövlət icbari şəxsi sığorta və 10 min 153-ü isə digər sahələrlə bağlı olub.