AZ

Vatikan yadplanetlilərin mesajını gizlətməkdə ittiham olunur

Məşhur britaniyalı ufoloq Mark Kristofer Li Vatikanı Fatima hadisələri ilə bağlı "üçüncü sirr"i - onun fikrincə, yadplanetlilərdən gələn mesajı - gizlətməkdə ittiham edib...

Poliqon xəbər verir ki, bBu barədə Daily Mail məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ kəşfiyyatının keçmiş əməkdaşlarının son ifadələrində Vatikan və ABŞ hökumətinin birgə şəkildə naməlum uçan obyektləri (NUO) araşdırdığı, gizlətdiyi və hətta onları öyrəndiyi iddia olunur.

Daily Mail xatırladır ki, 1917-ci ildə Portuqaliyada üç gənc çoban göydə parlaq bir hadisə gördüklərini bildirmiş və bu hadisə sonradan "Fatima möcüzələri" kimi tanınmışdı. Rəsmi Kilsə həmin hadisələri Məryəm Ananın görünməsi kimi izah etsə də, ufoloq bu hadisələrin əslində yadplanetlilər tərəfindən həyata keçirilən əlaqə cəhdi olduğunu iddia edir.

Li bildirir ki, o dövrdə təsvir edilənlər - dözülməz işıq, qəfil hava dəyişiklikləri, parlayan varlıq və onun ötürdüyü mesaj - klassik bir təmas formasını xatırladır. Onun fikrincə, bu hadisələr Məryəm Ana ilə deyil, qeyri-insani bir zəkayla əlaqəlidir.

Ufoloq iddia edir ki, Vatikan yadplanetli sivilizasiya ilə mümkün təmas barədə məlumatları cəmiyyət qarşısında nüfuzunu itirməmək üçün gizlədir.

Xatırladaq ki, Fatima hadisələri 1917-ci ildə Portuqaliyanın Fatima şəhərində baş vermişdi. Üç uşaq dəfələrlə onlara "bir qadının" göründüyünü və dini çağırışlar, eləcə də dünyanın taleyinə dair peyğəmbərlik mesajları verdiyini bildirmişdi. Bu hadisələr sonradan "Fatimanın üç sirri" adlandırılmışdı.

Qeyd edək ki, daha əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi 1980-ci illərin sonlarında sovet hərbçilərinin Sibirdə naməlum uçan obyektlə qarşılaşması barədə hesabatı məxfilikdən çıxarmışdı. Həmin qarşılaşmanın sovet hərbçiləri üçün faciəvi nəticələr doğurduğu bildirilir.

Poliqon.info

Seçilən
2
poliqon.info

1Mənbələr