AZ

Aİ-nin Ukraynaya hərbi investisiya planlarının riskləri açıqlandı

BAKI, 29 aprel. TELEQRAF

Avropa İttifaqının (Aİ) Ukraynaya hərbi investisiya planlarının riskləri açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Beynəlxalq Təhlükəsizlik Mərkəzinin hərbi-iqtisadi qloballaşma prosesləri qrupunun rəhbəri Marianna Evtodyeva açıqlama verib.

Onun sözlərinə görə, Avropa İttifaqı hazırda Ukraynanı 2030-cu ilə qədər nəzərdə tutulan təkrar silahlanma proqramına cəlb etməyi planlaşdırır.

Bu çərçivədə Ukraynada yeni müdafiə zavodlarının tikintisi və yerli silah istehsalçıları üçün dövlət sifarişlərinin verilməsi nəzərdə tutulur.

Lakin Evtodyeva hesab edir ki, belə investisiyalar davam edən hava zərbələri fonunda son dərəcə risklidir və Avropa yaxın vaxtda bu addımlardan ciddi maliyyə və praktiki fayda əldə edə bilməyəcək.

Qeyd edək ki, Avropa Komissiyası mart ayının əvvəlində 800 milyard avroluq yenidən silahlanma planını təqdim edib.

Plan NATO-nun şərq sərhədlərində hərbi infrastrukturun inkişafını, yeni müdafiə müəssisələrinin tikintisini, orduda süni intellektin tətbiqini, müasir pilotsuz uçuş sistemlərinin inkişafını və ümumavropa silah bazarının yaradılmasını nəzərdə tutur.

Seçilən
0
teleqraf.com

1Mənbələr