Argentina hökuməti II Dünya müharibəsi başa çatdıqdan sonra Cənubi Amerika ölkəsinə sığınan nasist cinayətkarlarının fəaliyyətinə işıq salan arxiv materiallarını məxfilikdən çıxarıb və ictimaiyyətə açıqlayıb...
Poliqon bu barədə TASS-a istinadən xəbər verir.
Nəşr olunan sənədlər arasında Argentina kəşfiyyatının konslager məhbusları üzərində qeyri-insani təcrübələri ilə tanınan həkim Jozef Mengele haqqında tərtib etdiyi dosye xüsusi diqqət çəkir.
"Kolleksiyaya 7 dosyedə toplanmış 1850-dən çox sənəd daxildir", deyə nəşr olunan arxivin əlavə təsvirində deyilir.
Portalda xüsusilə İsrail kəşfiyyatı tərəfindən məxfi əməliyyat nəticəsində Argentinadan çıxarılan Adolf Eyxmanın işi ilə bağlı materiallar, konslager mühafizəçisi Edvard Roşman və Gestapo zabiti Valter Kutşmanla bağlı məlumatlar yer alıb.
Əvvəllər MKİ-nin məxfiliyi ləğv edilmiş sənədləri Amerika kəşfiyyatının Adolf Hitlerin ölümü rəsmən təsdiqləndikdən sonra onu tapmaq üçün apardığı on illik əməliyyatı üzə çıxarmışdı. Məqalədə qeyd edilir ki, MKİ agentləri Fürerdən Cənubi Amerikaya saxta adla qaçmaqda şübhələniblər.
Poliqon.info