Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Msport.az “Bild” nəşrinə istinadən xəbər verir ki, elitada çıxış edən 2 klub 27 yaşlı hücumçunu izləyir.
Komandaların adları açıqlanmasa da, onların təcrübəli forvardla yaxından maraqlandığı bildirilib.
Emrelinin “Nürmberq”də qalmaq şanslarının az olduğu, futbolçunun ölkənin əsas çempionatında oynamaq istədiyi vurğulanıb.
Qeyd edək ki, Mahir Emreli cari mövsümün əvvəlində “Nürnberq”lə 1+1 illik müqavilə imzalayıb.