ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı təkcə Krımın deyil, həm də DXR, LPR, Zaporojya və Xerson vilayətlərinin ərazilərinin Rusiya olaraq tanınmasını nəzərdə tutur...
Polqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
“Planla tanış olan rəsmilərin fikrincə, ABŞ-nin hərbi əməliyyatlara həmişəlik son qoymaq planına Vaşinqtonun Rusiyanın Krım üzərində nəzarətini tanıması və əlavə 2022-ci ildən sonra işğal olunan Ukrayna ərazilərinin de-yure Rusiyaya verilməsi də daxildir”, deyə telekanalın məlumatında bildirilir.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp özünə məxsus “Truth Social” sosial şəbəkəsində bütün itirilmiş ərazilərin Ukraynaya qaytarılması ideyasını “gülünc” hesab etdiyini yazıb.
Eyni zamanda, “Politico” qəzeti yazıb ki, münaqişənin həlli üzrə sülh sazişi nəticəsində Ukrayna parçalanacaq və Kiyevin təhlükəsizlik zəmanəti olmayacaq.
Poliqon.info