Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)təşkilatçılığı və 20 ölkənin xüsusi xidmət orqanlarınümayəndələrinin iştirakı ilə Bakı şəhərində “Əfqanıstan: regionaltəmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda beynəlxalq konfranskeçirilib.
Trend xəbərverir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumatyayıb.
Bildirilib ki, tədbiri giriş nitqi ilə açaraq, qonaqlarısalamlayan DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Əfqanıstanadair bundan əvvəl keçirilmiş toplantıların davamı olaraq, budəfəkikonfransın Bakı şəhərində təşkil edilməsini önəmli hadisə kimiqiymətləndirib, beynəlxalq tədbirin Əfqanıstanda mərkəzləşdirilmiş,beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunan dövlətinbərqərar olunmasına əhəmiyyətli dərəcədə töhfə verəcəyinə ümidvarolduğunu bildirib.
Xidmət rəisi uzun illərin sınağından çıxmış və qarşılıqlı etimadəsasında qurulmuş Azərbaycan-Əfqanıstan əlaqələrindən, eləcə dəxalqlararası dərin tarixi-mədəni bağlılıqdan danışaraq qeyd edibki, Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin vətəhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalqtəşəbbüsləri dəstəkləmiş, bu istiqamətdə səylərini heç bir vaxtəsirgəməyib.
General-polkovnik Əli Nağıyev Əfqanıstana transmilli mütəşəkkilcinayətkarlığa, o cümlədən beynəlxalq terrorçuluğa, narkotikvasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşıapardığı mübarizədə dünya ölkələrinin hərtərəfli dəstək verməsininzəruriliyinə diqqət çəkib.
Əfqanıstanda vəziyyətin gərgin qalmasında maraqlı olan pozucuqüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərininqarşısının alınmasında vahid mövqe ortaya qoyulmasının tədbirinkeçirilməsində əsas məqsədlərdən biri olduğunu vurğulayan Xidmətrəisi Əli Nağıyev Əfqanıstanın beynəlxalq münasibətlər sistemindəöz yerini tutmasının, bu ölkədə əmin-amanlığın təmin edilməsininvacibliyini qeyd edib, bütün bunlar üçün region ölkələrinin vədigər dövlətlərin koordinasiyalı fəaliyyət və birgə səygöstərəcəklərinə inamını ifadə edib.
Konfransda digər ölkələrin təmsilçiləri də mövzu ilə bağlıçıxışlar edib, tədbirin Əfqanıstanda sülhün və təhlükəsizliyintəminatı yönündə daha ciddi addımların atılmasına lazımi imkanlaraçacağına, beynəlxalq aləm tərəfindən Əfqanıstanda davamlısabitliyin formalaşmasına dəstək göstəriləcəyinə inandıqlarınıbildirib.